Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Yaşar Fatih Karahanın rəhbərliyi ilə idarə heyətinin toplantısı keçirilib.
İdarə heyətinin toplantısında verilən qərara əsasən, TCMB uçot faiz dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayıb.
Qeyd edilib ki, uçot dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın əsas tendensiyasını azaldacaq və inflyasiyanı ortamüddətli dövrdə beş faiz hədəfinə çatdıracaq pul və maliyyə şərtlərini təmin edəcək şəkildə veriləcək.
Xatırladaq ki, TCBM bundan əvvəl uçot faiz dərəcəsini beş faiz bəndi artıraraq 45 faizdən 50 faizə çatdırıb.
Ötən ildən indiyə kimi uçot faiz dərəcəsi səkkiz dəfə artırılıb.
Mənbə: Tcmb.gov.tr