Türkiyədə mağara satışa çıxarıldı

Türkiyədə 2,7 milyon lirəyə (771,390 AZN) mağara satılır.

Hürriyet.com-un xəbərinə görə, 40 otaqlı, 800 kv.m sahəsi olan mağara ev Nevşehir şəhərində yerləşir.

Ürgüp rayonu Mustafa Kamal Paşa məhəlləsində satışa çıxarılan mağara ev üçün 2 milyon lirə (571,400 AZN) təklif edilsə də, təklif qəbul olunmayıb.

Bildirilir ki, girişi təhlükədən qorunmaq üçün nəhəng daşlarla əhatə olunan mağara ev bir neçə əsr əvvəl romalılar tərəfindən inşa edilib.