Türkiyədə matəm elan olundu

Bolunun Qartalqaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı Türkiyədə matəm elan olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

O, yanvarın 22-də ölkədə matəm günü elan olunduğunu açıqlayıb.

Qeyd edək ki, faciəvi yanğın nəticəsində 66 nəfər həyatını itirib. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.