!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə məcburi eniş edən Azərbaycan HHQ-nin helikopterindən XƏBƏR VAR

!Reklam – Yazi

Türkiyənin Giresun şəhərində məcburi eniş edən Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterində yaranmış problem aradan qaldırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, hərbi helikopterdə baş verən nasazlıq aradan qaldırılıb və Azərbaycan hərbçiləri helikopterin eniş etdiyi bölgəni tərk ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 20-də Türkiyə ərazisində keçiriləcək “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdə baş verən cüzi nasazlıq səbəbindən Giresun şəhərində məcburi eniş edib. Helikopterin ekipajı arasında xəsarət alan olmayıb.

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv