Türkiyədə mədən faciəsi: Ölənlər var – TƏFƏRRÜAT/YENİLƏNDİ

Türkiyədə mərmər mədənində baş verən partlayışla bağlı təfərrüatlar məlum olub.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, qopan mərmər parçalası böyük iş dəzgahlarından birinin üstünə düşüb. Partlayış da məhz bu səbəbdən meydana gəlib.

Baş verən hadisə nəticəsində Recep Kayan və Cemal Aysan həyatını itirib.

Məsələylə bağlı cinayət işi başladılıb. Araşdırmalar aparılacaq.

***

14:44

Türkiyədə mərmər mədənində partlayış olub.

Yenicag.az xəbər verir ki, hadisə Kastamonu şəhərində qeydə alınıb. Partlayış nəticəsində ən az iki nəfər həyatını itirib.

Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.