Türkiyədə məhkəməyə hücumla bağlı 34 nəfər saxlanıldı

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinə silahlı hücum edilib. Hadisə nəticəsində nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yenicag.az-ın yerli bürosu xəbər verir ki, ölkənin ədalət naziri Yılmaz Tunc hadisə ilə bağlı saxlanılanların olduğunu açıqlayıb.

Nazirin sözlərinə görə, terror aktı ilə əlaqəli olan 34 şübhəli saxlanılıb.