Yanvarın 17-də səhər saatlarından başlayaraq İstanbulda hava şəraiti kəskin pisləşib.
Yağan qar səbəbindən nəqliyyatın təhlükəsizliyi üçün şəhər valiliyi yanvarın 18-də orta məktəblərdə tətil elan edib.
Türk Hava Yolları isə gözlənilən tufanlı hava ilə əlaqədar olaraq yanvarın 19-da 69 xarici və daxili aviareysi ləğv edib.
Rəsmi məlumatda bildirilir ki, mürəkkəb hava şəhər təsərrüfatının idarə olunmasında, o cümlədən ictimai nəqliyyatın normal hərəkətində çətinliklər yaradacaq.