!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə məktəblərdə Fətullah Gülənə aid hər şey qadağan edildi

!Reklam – Yazi

milli

Türkiyə Təhsil Nazirliyi müəllimləri FETÖ ilə bağlı xəbərdar edib.

Lent.az-ın odatv.com-a istinadən məlumatına görə, Türkiyə Təhsil Nazirliyi FETÖ ilə bağlı olduğu düşünülən nəşrlər, dərsliklərə bağlı siyahı tutaraq müəllimlərə göndərib.

Belə ki, bu gündən işə çıxan müəllimlərə Fətullahçı Terror Təşkilatı ilə bağlı olduğu düşünülən qəzet, jurnal, nəşriyyat evi və distribyutorların siyahısı göndərilərək şkaflarında bu siyahıda adı keçən nəşriyyat evinə dair kitab, jurnal, qəzet, CD , video kimi materialları olanlardan bunları məhv etmələri tələb edilib.

Qeyd edək k, qadağan edilmiş nəşrlər siyahısında : “Zaman”, “ Today`s Zaman”, “Taraf”, “Bu gün”, “Millət”, “Meydan”, “Özgür düşünce” qəzetləri, “Nokta”, “Aksiyon”, “Sızıntı” jurnalları, “Kaynak”, “Sürat”, “Zambak” nəşrlərinin adı yer alır.

Yenicag.az

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv