Türkiyədə meşə yanğını başladı

Türkiyənin Burdur ilində meşə yanğını başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, yanğın naməlum səbəbdən baş verib. Əraziyə çoxlu sayda yanğınsöndürən və polis göndərilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.