Türkiyənin Hatay vilayətində meşədə yanğın başlayıb.
Yenicag.az xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində operativ işlər aparılır.
Yanğınla mübarizəyə 2 helikopter, 1 təyyarə və texniki heyət cəlb edilib. Yanğının yaşayış yerlərinə keçmə təhlükəsi olduğu bildirilib.
Qeyd edək ki, Türkiyə ərazisinin 27,6 faizini meşələr təşkil edir.