Türkiyəda yenə meşə yanğınları başlayıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, yanğın Kastamonu vilayətinin Araç rayonunda 20 hektar ərazini əhatə edib.
Yanğın yerinə yanğınsöndürmə briqadaları və iki vertolyot cəlb olunub.
Qeyd edək ki, bundan əvvəl İstanbul ətrafında meşə zolağında yanğın olmuşdu.