Türkiyədə meşə yanğınları ilə bağlı son vəziyyət açıqlandı – FOTO

Türkiyənin Prezident Administrasiyasının İştimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ölkədə meşə yanğınları ilə bağlı son məlumatları paylaşıb.

Yenicag.az xəbər verir ki, sosial şəbəkə səhifəsindəki paylaşımda idarə başçısı son 12 gündə Türkiyədə 47 vilayətdə 239 yanğın ocağının meydana gəldiyini, onlardan 234-nün nəzarət altına alındığını bildirib.

O, həmçinin 6 minə yaxın şəxsi heyət, 16 təyyarə, 9 PUA, 65 helikopter və digər texnika ilə hazırda təbii fəlakətə qarşı mübarzənin davam etdiyini qeyd edib.