Türkiyədə MEŞƏ YANĞINLARI – Son vəziyyət AÇIQLANDI

Türkiyədəki meşə yanğınları ilə bağlı məlumat açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, 9 gün ərzində 38 vilayətdə 180 meşə yanğınının qarşısı alınıb.

Qeyd edilib ki, hazırda 5 vilayətdə 12 meşə yanğını davam edir:

“Antalyada 2, Aydında 1, Dənizlidə 1, İspartada 1 və Muğlada 7 nöqtədə yanğınla mübarizə aparılır”.