!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə meşələri yandıran şəxsin atası: “Kaş o öləydi...”

!Reklam – Yazi

Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin atası danışıb.

Yenicag.az xəbər verir ki, Türkiyə mətbuatında adı şərti olaraq K.A qeyd olunan kişi oğlunun əməlini hiddətlə qarşıladığı bildirib.

“Kaş o öləydi, amma meşə yanmazdı” – deyə ata söyləyib.

Kişi əlavə edib ki, o arıçılıqla məşğuldur və oğlunun törətdiyi yanğın nəticəsində onun da təsərrüfatı zərər görüb.

“Oğlunuzdan bunu gözləyirdinizmi?” sualını cavablandıran ata onu sakit və fağır şəxs kimi qələmə verib:

“Sakit insan idi. Axşam saat 9-10-da yatar, səhər 9-da yuxudan qalxardı. Əsəbi və ya aqressiv insan olmayıb. Mən onun bu əməlindən sonra darmadağın olmuşam”.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv