!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə məşhur ev alovlara təslim oldu - FOTOLAR

!Reklam – Yazi

Rasim Öztekin ilə Müfit Can Saçıntının baş rol aldığı “Mandıra Filozofu” filminin çəkildiyi ev də alovlara təslim olub.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlada yerləşən evin görüntüləri aktyor Arda Esen və rejissor Birol Güvən tərəfindən yayımlanıb.

“Yanan bu qədər ağacın, heyvanın yanında bu evin o qədər də önəmi yoxdur. Amma maraqlananlar bilsinlər ki, Mandıra Filozofu məkanında son vəziyyət budur” – dəhşətli hadisədən sarsılan Birol Güvən paylaşımını bu şərhlə təqdim edib.

Meşə yanğınları zamanı yanaraq bərbad hala düşən evin görüntüləri film izləyicilərini məyus edib.

Fotoları təqdim edirik:

Cəvahir

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv