Türkiyədə qeyri-leqal yollarla ölkəyə gəlmiş miqrantları daşıyan nəqliyyat vasitəsi yük maşını qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, Türkiyənin İzmir əyalətində baş verən qəza nəticəsində ən azı 18 qeyri-leqal miqrant həlak olub.
Qəzaya səbəb kimi yük maşının sürücüsünün anidən idarəetməni itirməsi göstərilib. Hadisə yerinə gələn xilasedicilər yaralananları xəstəxanaya çatdırıb.
Hazırda araşdırma aparılır.