Türkiyədə mikroavtobus dərəyə aşdı – 5 ölü, 6 yaralı

Türkiyədə mikroavtobus dərəyə aşıb.

Yenicag.az xəbər verir ki, hadisə Girəsun vilayətinin Espiye rayonunda baş verib.

Hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qəzaya səbəb yaylaqdan qayıdan sərnişinləri daşıyan mikroavtobusun sürücüsünün idarəetməni itirməsi olub.