Türkiyədə mikroavtobusla avtomobil toqquşdu, 5 nəfər yaralandı

Türkiyənin Manisa şəhərinin Alaşehir rayonunda mikroavtobusun avtomobillə toqquşması nəticəsində biri ağır olmaqla beş nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, yaralılar Alaşehir Dövlət Xəstəxanasına çatdırılıb.

Qeyd olunub ki, yaralılardan birinin həyati təhlükəsi qalır.

COP29