!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə Milli Qəhrəman Şirin Mirzəyev adına park istifadəyə verildi - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin Bursa şəhərinin Qaracabəy rayonunda Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev adına park istifadəyə verilib.

Yenicag.az xəbər verir ki, açılış tədbirinə layihə rəhbəri, “GİM AZDER” dərnəyinin sədri Hüseyn Vəliyev, Qaracabəy Bələdiyyəsinin sədri Əli Özlak, Bursa Böyükşəhər Bələdiyyəsi sədrinin müşaviri Süleyman Çəlik, keçmiş millət vəkili Flora Qasımova, VUİD Beynəlxalq İş Adamları Həmrəylik Dərnəyinin sədri Vəfa Aktuz, rayon prokuroru, jandarma komandiri, diaspor və ictimaiyyət nümayəndələri qatılıb.

Tədbirdə Türkiyə-Azərbaycan qardaşlığından bəhs edilib, layihənin önəminə diqqət çəkilib.

Qaracabəy Bələdiyyəsinin sədri Əli Özlak Azərbaycandan gələn heyəti qəbul edib, səmimi söhbət aparılıb.

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv