Türkiyədə minimum əmək haqqı açıqlandı

Türkiyədə iyulun 1-dən minimum əmək haqqı 11 min 402 lirə olacaq.

Yenicag.az-ın verdiyi xəbərə görə, bununla bağlı Minimum Əmək haqqının müəyyən edilməsi komissiyası qərar verib.

Qeyd olunub ki, yeni qərarla minimum əmək haqqında 34% artım olub.