Türkiyədə 38 miqrant tutulub.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin sahil-mühafizə xidməti tərəfindən Aydın vilayəti yaxınlığında miqrantlar saxlanılıb. Saxlanılanlar Mərkəzi Afrika Respublikası, Suriya, İraq, Somali vətəndaşları olub.
Məlumata görə, miqrantlar qeyri-leqal yollarla Yunanıstana keçməyə çalışıb.
Onların Türkiyədən deportasiya olunacağı gözlənilir.