Türkiyədə mis emalı fabrikində partlayış: 2 nəfər öldü

İzmirin Torbalı mahalında mis emalı fabrikində partlayış baş verib.

Yenicag.az xəbər verir ki, hadisə zamanı 2 işçi ölüb, daha ikisi yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin son dərəcə ağır olduğu bildirilib.

Partlayışdan az sonra hadisə yerinə təhlükəsizlik və xilaetmə qrupları cəlb olunub.

Araşdırma aparılır.