Ağır yaralanan iki qazi – Nəsirov Kənan Fizuli oğlu və İsmayılov Bəxtiyar Etibar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar.
“YAŞAT” Fondundan Yenicag.az-a verilən xəbərə görə, onların müalicəsi ölkəmizin ixtisaslaşmış səhiyyə müəssisələrində davam etdiriləcək.
Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 173-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.