Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazi sağalaraq Vətənə geri dönüb.
Yenicag.az xəbər verir ki, fonddan verilən məlumata görə, həmin qazilər Alıyev Seymur Cavanşir oğlu, Zöhrablı Təbriz Atamoğlan oğlu və Şirəliyev Mehman İbrahim oğludur.
Qazilərdən ikisinin Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb, biri isə təkrar müayinə üçün göndərilib və müalicənin gedişatı müsbət qiymətləndirilib.