Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə olunduğu Türkiyədən Azərbaycana qayıdıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, sabiq Müsavat başqanının bir qədər əvvəl Bakıya döndüyü bildirilir.
Qeyd edək ki, İsa Qəmbər fevralın sonunda müalicə olunmaq üçün Ankara şəhərinə gedib. Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o xəstəxanadan çıxıb.