Türkiyədə müxalifət partiyalarında parçalanmalar yaşanır.
Yenicag.az xəbər verir ki, bu gün İYİ Partiyadan iki millət vəkili istefa verib.
Partiyanın qurucularından olan Ərsaqun Yücəl və Aylin Cəsur istefa verərək partiyadan ayrılıblar.
Digər önəmli hadisə isə keçmiş maliyyə naziri Əli Babacanın sədri olduğu DEVA Partiyası daxilində müxalif cəbhənin yaranmasıdır. Salih Efe rəhbərliyindəki bir qrup şəxs mövcud sədrin siyasətini bəyənmədiklərini bildirblər. Efe sədrliyə namizəd olduğunu da vurğulayıb.