Türkiyədə NATO-nun dəniz təlimləri başlayıb.
Yenicag.az xəbər verir ki, təlimlər Aralıq və Egey dənizlərində keçirilir.
NATO-nun 15 ölkəsinin iştirakı ilə keçirilən təlimlərdə Türkiyə istehsalı olan amfibiya gəmilərindən də istifadə olunacaq.
Qeyd edək ki, təlimlər 10 gün, yəni sentyabrın 22-dək davam edəcək./Report/