2022-2023-cü tədris ilində Türkiyənin müxtəlif ali təhsil müəssisələrində 136 Azərbaycan Respublikası vətəndaşı dövlət xətti (dövlət proqramları, HTP/YTB PhD) ilə təhsil alır.
Yenicag.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Xatırladaq ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən Trend-in sorğusuna cavab olaraq qeyd edilib ki, ötən il Azərbaycandan Türkiyəyə gedən tələbələrin ümumi sayı 28 500-ü ötüb.
Tələbələr İstanbul, Ankara, İzmir, Bursa və Əskişəhər başda olmaqla Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər.