Türkiyədə nəzarətə götürülən yanğınların sayı AÇIQLANDI – FOTO

Türkiyədə son dörd gündə baş verən 112 yanğından 107-si nəzarətə götürülüb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli “Twitter” hesabında bildirib.

O qeyd edib ki, davam edən beş yanğının nəzarətə götürülməsi istiqamətində fasiləsiz işlər davam edir.