Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə növbədənkənar seçkilər - Politoloqdan ikinci tur iddiası

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.

Seçkilərdə əsas rəqabət hazırki prezident Rəcəb Tayyib Ərdoğan, CHP-nin namizədi Muharrəm İncə, İYİ partiyadan Mərəl Akşənər arasında gedir.

Seçkilərdə kimin qalib gələcəyi sual altındadır. Bir çox ekspertlər iddia edir ki, seçkilər ikinci tura qalacaq.

Türkiyədə keçirilən növbədənənar prezident və parlament seçkilərini Yenicag.az-a politoloq Elşən Manafov şərh edib:

“Seçkilərin ikinci turunun keçirilməsinə ehtiyac qalacaq. CHP lideri Məhərrəm İncənin İzmirdə, İstanbulda, Ankarada keçirdiyi möhtəşəm mitinqlər və bu mitinqlər zamanı ona olan etimad və ümidlər göstərir ki, CHP parlementdə mövqelərini gücləndirəcək. Digər tərəfdən CHP-nin bu seçkilərdə qalib gələcəyi təqdirdə və Məhərrəm İncənin prezident seçilməsi Türkiyənin yenidən parlament sisteminə qaytması demək olacaq. Ötən il keçirilmiş referendumda Ərdoğan tərəfdarları kiçik bir faizlə qalib gəlmişdilər. Türkiyənin idarəçilik sisteminin dəyişdirilib, dəyişdirilməyəcəyi 2019-cu ildə məlum olacaq. Seçkilərdə qalib gələcək prezident Türkiyənin gələcəkdə iqtisadi və siyasi parametrlərinin əsaslarını müəyyən edəcək. Ərdoğanın rəhbərlik etdiyi partiyanın əvvəlki seçkilərdə göstərdikləri nəticələri yenidən həyata keçirmək imkanları var. Ancaq maraqlı detal ondan ibarətdir ki, bir qayda olaraq AKP Türkiyənin iri şəhərlərində CHP-yə uduzur. Bu seçkilərdə necə olacaq, onu seçkinin nəticləri açıqlananda görəcəyik”.

Tərəflərin eyni imkanlara malik olduğunu deyən politoloq qeyd edib ki, Türkiyənin prezident seçkilərində ilk dəfədir qadın namizəd də iştiak edir:

“Merel Akşenərin Amerika layihəsi olmasını dəfələrlə demişəm. Zamanında Türkiyənin Daxili işlər naziri olub. O, Ərdoğanın qoyduğu sistemi yerlə-yeksan etmək və Türkiyədə Atatürkçülük ənənələrini bərpa etmək istəyir. Bu, açıq-aşkar görünür. Bu mənada onunla CHP-nin mövqelərində kifayət qədər fərqli məqamlar yoxdur”.

MHP lideri Dövlət Baxçalının Ərdoğanın yanında olması seçkilərdə ikinci turun keçirilməsinə gətirib çıxaracağını deyən Elşən Manafov qeyd edib ki, əgər Ərdoğan seçkilərə MHP-nin dəstəyi olmadan getsəydi, məğlub olcaqdı:

“Ərdoğanın xeyrinə işləməyən əsas amillərdən biri lirənin kursunun durmadan aşağı düşməsidir. Türkiyənin iş adamlarının baş verən proseslərdən narazılığı, NATO ilə arasındakı soyuq münasibətləri də Ərdoğanın əlehinə işləyən faktorlardır. Ərdoğanın lehinə işləyən amil isə Türkiyənin Beynəlxalq valyuta fonduna olan borcunun silinməsi oldu. Bundan əlavə Gülənçilərin dövlət çevrilişinə cəhdinin qarşısının xalqın dəstəyi ilə alması, Ərdoğanın əlini gücləndirən amillərdəndir. Həmin hadisələrdən isə uzun zaman keçməyib”.

Sonda politoloq qeyd edib ki, müxalifətin və iqtidarın şansları demək olar ki, bərabərdir və seçkilərin ikinci tura qalacağı ehtimalı böyükdür.

Səxavət Məmməd

www.yenicag.az

2082
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100