Türkiyənin paytaxtı Ankarada zəlzələ olub.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Təcili Yardım İdarəsinə (AFAD) xəbər yayıb.
Bildirilir ki, yeraltı təkanlar 3,9 bal gücündə olub.
5 km dərinlikdə olan episentrdə maqnitudası 3.9 bal olan yeraltı təkanlar yerli vaxtla 13.51-də qeydə alınıb.
Hələlik dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.