Türkiyədə növbəti terror

163372_res_01Türkiyədə hərbçilərə növbəti xain hücum təşkil edilib.

“Milliyet” bildirir ki, Diyarbakırın Silvan Mahalında PKK terrorçuları əsgərləri raketlərlə atəşə tutublar.

Hücum zamanı, ilkin məlumatlara görə, 1 əsgər şəhid olub, 6 əsgər yaralanıb.

Yaralılar helikopterlərlə Diyarbakırdakı xəstaxanalara göndəriliblər.

Terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb.