Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyədə növbəti terror – 3 ölü, 9 yaralı

aaa826Türkiyədə terror hadisəsi baş verib.

Bu haqda “Anadolu” agentliyi xəbər yayıb.

Məlumata görə, Türkiyənin cənub şərqindəki Mardin vilayətində jandarm postunun yaxınlığındakı avtiomobildə quraşdırılmış bombanın partlaması nəticəsində ən azı 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Həlak olanlardan biri hərbçi, iki nəfəri isə mühafizəçidir. Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.

Qeyd edək ki, Mardin vilayətində PKK terrorçularına qarşı əməliyyatlar keçirilir.

 

www.yenicag.az

275