Türkiyədə növbəti terror: ölən və yaralananlar var

nusaybinden_aci_haberTürkiyədə daha terror hadisəsi baş verib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Mardində PKK-lılar tərəfindən həyata keçirilən terror aktı əsgər ölümünə səbəb olub. Əldə hazırlanmış qurğunun partlaması nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.

Hazırda hadisə yerində polis əməliyyat keçirir.