Türkiyədə növbəti təxribatın qarşısı alındı

Türkiyənin şərqindəki Malatya əyalətində terror aktının qarşısı alınıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində minalanmış avtomobil aşkar edilib.

Avtomobildə 28 kiloqram həcmində partlayıcı maddə olub.

Hadisə ilə əlaqədar 3 nəfər saxlanalıb.

Qeyd edək ki, ötən gün Mardin əyalətində də terror aktının qarşısı alınmışdı.

COP29