Türkiyədə olarkən danışığınıza diqqət edin – Xəbərdarlıq

İstiklal-CaddesiAlmaniyanın Xarici İşlər Nazirliyi Türkiyəyə səyahət etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəbərdarlıq “Xüsusi cəza ilə bağlı hökmlər” başlığı altında edilib:

“Türkiyədə olarkən danışığınıza diqqət edin. Türkiyəni tənqid edən açıqlamalar və terrorçu qruplaşmalara meyilli ifadələrdən çəkinin. İctimaiyyət arasında Türkiyəyə qarşı siyasi açıqlamalar verməyin, terror qruplaşmalarının təəssübünü çəkəcək ifadələr işlətməyin”.