Türkiyədə 8 yaşlı Narin Güranın vəhşicəsinə öldürülməsi ölkə gündəmindən düşmək bilmir.
Yenicag.az xəbər verir ki, ölkədəki hər kəs cinayətkarların tapılıb cəzalandırılması çağırışı edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da prosesi yaxından izlədiyini vurğulayıb.
Müxalifətdəki Yenidən Rəfah Partiyasının sədri, keçmiş baş nazir Nəcməddin Ərbakanın oğlu Fateh Ərbakan isə bu kimi cinayətlərdə ölüm cəzasının bərpa edilməsi yönündə çağırış edib.
“Burada edam cəzasının yenidən gündəmə gətirilməsi müzakirə edilməlidir”, – deyə o bildirib.