Türkiyədə parlamentin növbədənkənar iclası keçiriləcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş parlamenti növbədənkənar iclasa çağırıb.

Yenicag.az-ın yerli bürosu xəbər verir ki, parlamentin avqustun 8-də yerli saatla 15:00-da növbədənkənar iclası keçiriləcək.

Növbədənkənar iclas yetərli sayda deputatın tələbi əsasında keçirilir. Əsas müzakirə mövzusu Muğla şəhərindəki mədən sənayesi ərazisinin genişləndirilməsi ilə bağlı edilən etirazlar olacaq.