Türkiyədə partlayış: 1 hərbçi öldü, 2-si yaralandı

Türkiyə hərbçilərinə silahlı hücum edilib.

Yenicag.az xəbər verir ki, Ağrıdaki Doğubayazıt sərhədində əl qumbarasının partlaması nəticəsində bir əsgər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşınları yaralı əsgərləri Doğubayazıt dövlət xəstəxanasına çatdırıblar.

Tibbi müdaxiləyə baxmayaraq vəziyyəti ağır olan əsgərlərlərdən biri xəstəxanada dünyasını dəyişib.