Türkiyənin Osmaniye şəhərindəki sənaye bölgəsində yerləşən metallurgiya zavodunda güclü partlayış olub.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, xlor qazının sızması nəticəsində baş verən partlayışda 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Məlumata görə, partlayış zamanı yaralanan işçilər Osmaniye dövlət xəstəxanasına aparılıb.
Fabrikə gələn mütəxəssislər partlayışdan sonra ərazidə radiasiya səviyyəsinin dərəcəsini müəyyənləşdirirlər.
Yeniçağ.Az