Türkiyədə partlayış oldu

Türkiyədə partlayış olub.

Yenicag.az türk mətbuatına istinadla xəbər verir ki, partlayış Hatayda, İskəndərun ərazisində qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda polis, xilasedici və tibb işçisi cəlb edilib. Partlayış zamanı avtomobillərə, yaşayış binasına ziyan dəyib.

Hadisənin təfərrüatı barədə məlumat verilməyib.