Türkiyədə partlayış: vaqonlar relsdən çıxdı – Fotolar

Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib.

Vilayətin Sur rayonundan keçən dəmiryol relslərində partlayış qeydə alınıb. Bir neçə vaqon relsdən çıxıb.

Əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə nəticəsində ölən və ya yaralıların olmadığı deyilir.

Yeniçağ.az