Türkiyədə “Pəncə” əməliyyatı – 27 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri “Pəncə” əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Kərkük rayonunda daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər.

Yenicag.az xəbər verir ki, ölkənin Milli Müdafiə Nazirliyi əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayının 27-yə çatdığını bildirib.

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.