Türkiyədə pişik 3 nəfərlik ailəni dağıntılar altından xilas etdi – FOTO/VİDEO

Türkiyənin Malatya vilayətində pişik 3 nəfərlik ailəni xilas edib.

Yenicag.az xəbər verir ki, pişik davamlı şəkildə dağıntılar altına girib-çıxaraq xilasedicilərin diqqətini çəkməyi bacarıb.

Məhz bundan sonra həmin yerdə köməksiz qalan yaşlı qadın xilas olunub.Pişiyin qəribə hərəkətlərinin davam etdiyi görən xilasedicilər axtarışları davam etdirib və digər ailə üzvləri də aşkarlayaraq dağıntılar altından çıxarıb.

Axtarış-xilasetmə iti kimi davranan pişik sayəsində 3 nəfərlik ailə saatlar sonra sağ-salamat xilas olunub./Baku.ws/