Türkiyədə PKK-ya növbəti ağır zərbə

106758_res_01Cari ilin iyul ayının 22-dən bu günədək təhlükəsizlik qüvvələrinin ölkə daxili və xarici əməliyyatları nəticəsində 771 terrorçu məhv edilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin HHQ-nin İraqın şimalında apardığı reydlər nəticəsində 430 terrorçu məhv edilib.

Kəşfiyyat məlumatlarında 430 terrorçudan 80-nin müalicə üçün aparıldıqları müxtəlif tibbi müəssisələrdə öldüyü bildirilir.

PKK-nın 260 üzvü isə ölkədaxili əməliyyatlar zamanı məhv edilib.

Türk qırıcılarının xaricdə apardıqları reydlər zamanı 450, ölkə daxili reydlər zamanı isə 230-300 terrorçu yaralanıb.

2 qrupun tərkibinə daxil olan 18 terrorçu dünən və bu gün PKK-nın Türkiyə-İraq sərhəddində Karaçalıda yerləşən bazalarının bombardmanı zamanı məhv edilib.

Hava hücumları ilə yanaşı Türkiyənin quru qoşunları da fəal hərəkata keçib. PKK üzvləri tank və artilleriyadan açılan atəş nəticəsində böyük itkilər verir.