Türkiyədə PKK-ya qarşı əməliyyat – 21 nəfər saxlanıldı

Türkiyə polisi və Kəşfiyyat Xidməti PKK terror təşkilatının üzvlərinə qarşı birgə əməliyyat keçirib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, İzmir vilayətində keçirilən əməliyyat nəticəsində terrorçularla sıx əlaqəsi olan 21 nəfər saxlanılıb. Daha 4 nəfərin axtarışda olduğu bildirilib.

Əməliyyat çərçivəsində saxlanılanların kimliyi açıqlanmır.