Türkiyədə polis maşını partladılıb: 1 şəhid, 8 yaralı – VİDEO

Türkiyənin Hakkari əyalətinin Yüksekova rayonunda zirehli polis avtomobili minaya düşüb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində polis əməkdaşı Rəcəb Emrı Yılmaz şəhid olub, 8-i yaralanıb.

Partlayış polis avtomobilinin keçəcəyi yola terrorçu PKK qruplaşmasının yerləşdirdiyi uzaqdan idarə edilən partlayıcının işə salınması nəticəsində baş verib.

Bölgədə antiterror əməliyyatı davam edir.