Türkiyədə prezident seçkiləri: Bu günədək səs verənlərin sayı açıqlandı

Türkiyədə mayın 14-də keçiriləcək prezident və deputat seçkiləri üçün xaricdə yaşayan vətəndaşların səsverməsilə bağlı son vəziyyət açıqlanıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, xaricdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə prosesi aprelin 27-də başlayıb və son rəqəmlərə görə, səs verən seçicilərin sayı 1 milyonu keçib.

Ali Seçki Şurasından verilən məlumatda aprelin 27-dən bugünədək gömrük məntəqələrində və Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərdə 1 milyon 7 min 165 seçicinin səs verdiyi qeyd olunub.

Xatırladaq ki, Türkiyədə mayın 14-də prezident seçkiləri keçiriləcək.