Türkiyədə prezident seçkiləri: Səsvermə başladı

Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.

Yenicag.az-ın yerli bürosu xəbər verir ki, Türkiyə saatı ilə 08:00-da səsvermə başlayıb.

Səsvermə yerli saatla 17:00-da başa çatacaq.

Qeyd edək ki, seçkilərin ikinci turunda birinci mərhələdə ən çox səs toplamış iki namizəd: “Cumhur” İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanla “Millət” İttifaqının namizədi Kamal Kılıçdaroğlu mübarizə aparır.