Türkiyədə prezident seçkilərində ikinci tur keçiriləcək – FOTO

Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konferansı zamanı bildirib.

O qeyd edib ki, Türkiyədə Prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.

Nəticələrə əsasən Prezident seçkilərində “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,54%, “Millət İttifaqı”nın namizədi Kəmal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədrinə isə seçicilərin 0,44%-i səs verib.